Kamran Əliyev Ağdamda qəbul keçirib - Foto

19:48 - 11 Aprel 2022 - Xəbər

Baş prokuror Kamran Əliyev bu gün Ağdam rayon prokurorluğunun inzibati binasında Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.

Ucnoqta.az xəbər verir ki, qəbulda Kamran Əliyev bölgədə yaşayan 116 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Ağcabədi və Laçın rayon prokurorluqlarında olmaqla əməkdaşlarla görüş keçirib.


Xəbər xətti