Makron prezident seçkilərinin birinci turunda qalib gəlib

16:01 - 11 Aprel 2022 - DÜNYA

Fransanın hazırkı dövlət başçısı Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səslə qalib gəlib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Makronun ikinci turda əsas rəqibi ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen olacaq. O, 23,15% səs toplayıb.

Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.

Xəbər xətti