Oğuzda 60 yaşlı kişi intihar edib

13:21 - 11 Aprel 2022 - HADİSƏ

Oğuzda intihar hadisəsi olub.

Hadisə bu gün saat 10 radələrində rayonun Bayan kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü Mənsur Mürvət oğlu Haşımovun meyiti yaşadığı evin qarşısındakı talvardan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı M. Haşımovun intihar etdiyi məlum olub.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.///apa

Xəbər xətti