“2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş verib”.
Ucnoqta.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat konfransında deyib. Onun sözlərinə görə,
2021-ci ildə 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub:
“Bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib” – o deyib.