Bakıda gənc qızı avtomobil vurub

09:01 - 11 Aprel 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə baş verib.

1995-ci il təvəllüdlü Əhmədova Arzu Tariyel qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti