Xaçmazda 37 yaşlı kişi ayağından bıçaqlanıb

19:52 - 10 Aprel 2022 - HADİSƏ

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Ağakərim Sefulla oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ budun kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti