Bakıda “Hyundai” markalı maşın yanıb

16:33 - 10 Aprel 2022 - HADİSƏ

Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Ucnoqta.az Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti