Aİ Ukraynaya dəstək üçün 1 milyard avro ayıracaq

20:46 - 9 Aprel 2022 - DÜNYA

Avropa Komissiyası Ukraynaya və ukraynalı qaçqınları qəbul edən ölkələrə dəstək üçün 1 milyard avro ayıracaq. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. "Vəsaitin 600 milyonu Ukraynaya, 400 milyonu isə qaçqınlara kömək edən sərhədyanı dövlətlərə gedəcək", - fon der Lyayen qeyd edib. Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.

Xəbər xətti