Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə səfərdədir.
Ucnoqta.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbər müavini deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüşün əvvəlcədən planlaşdırılmadığı bildirilir.
Qeyd edək ki, Böyük Britaniya müharibə əleyhinə koalisiyada lider dövlətlərdəndir.