Şəmkirdə avtomobil kanala aşıb, sürücü ölüb

16:00 - 9 Aprel 2022 - HADİSƏ

Şəmkirdə idarəetməni itirən sürücü avtomobili kanala aşırıb.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini Vüqar İsmayılov qəfildən sükana nəzarəti itirərək “Chery” markalı avtomobili kanala aşırıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti