Xırdalanda avtomobil 70 yaşlı kişini vuraraq öldürüb

12:47 - 9 Aprel 2022 - HADİSƏ

Xırdalan şəhərində avtomobil piyadanı vurub.

Bir neçə gün əvvəl 1952-ci il təvəllüdlü Kamal Davıdov şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində yolu keçərkən "VAZ-21074" markalı avtomobil tərəfindən vurulub.

Ağır xəsarət alaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti