Bakı-Şamaxı-Yevlax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şosenin Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil eyni istiqamətdə gedən "Opel" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Opel" də olan sərnişin - 1998-ci il təvəllüdlü Tarverdiyev Qhir Nazir oğlu ağır xəsarət alaraq, xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.///apa