Metroda koronavirus xəstəsi saxlanıldı

11:43 - 9 Aprel 2022 - HADİSƏ

Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 8-də ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşları saxlanılan Masallı rayon sakini R.Muradov ilə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb.

Məsələ ilə bağlı müvafiq səhiyyə qurumu məlumat verilib.

 

Xəbər xətti