Gəncədə evə basqın edib ev sahibinə xəsarət yetirdilər

23:08 - 8 Aprel 2022 - HADİSƏ

Gəncədə evə basqın edən şəxs ev sahibinə xəsarət yetirib.

Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Həmin ünvanda olan mənzilə girən naməlum şəxs və ya şəxslər ev sahibi Rəşid Abbasovun baş nahiyəsinə kəsici alətlə xəsarətlər yetiriblər. Daha sonra yaranan səs-küyə görə basqınçı və ya basqınçılar evdən qaçıblar. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti