Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Diplomatlar ikitərəfli münasibətlərin geniş spektrini, o cümlədən bu il fevralın 22-də iki ölkə arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsini müzakirə ediblər.
Nazirlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalanan üçtərəfli sazişlərin bütün müddəalarının icra vəziyyətini nəzərdən keçiriblər.