Özünü dənizə atan şəxs xilas edildi

13:40 - 8 Aprel 2022 - HADİSƏ

Bakıda intihara cəhd olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Ucnoqta.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 50 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Xəbər xətti