Abşeronda iki maşın toqquşub, ölən var

11:33 - 8 Aprel 2022 - HADİSƏ

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Ucnoqta.az-a verilən xəbərə görə, aprelin 8-də saat 1 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində R.Şıxalıyevin idarə etdiyi “Opel” və V.Alcanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Şıxalıyevin sərnişini Qahir Tarverdiyev xəstəxanaya aparılarkən ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Xəbər xətti