Bakıda yaşlı qadını avtomobil vurub
06:43 - 8 Aprel 2022 - HADİSƏ
Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.Belə ki, 1953-cü il təvəllüdlü Vəliyeva Altun Murad qızı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır bədən xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.