Şabranda maşın yoldan çıxaraq aşıb, xəsarət alanlar var

10:12 - 7 Aprel 2022 - HADİSƏ

Şabran rayonunda avtomobil qəzası qeydə alınıb.

APA-nın məlumatına görə, rayonun Taxtakörpü adlanan ərazisində “Hyundai Santafe” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xaçmaz şəhər sakinlər 1969-cu il təvəllüdlü Əhməd Əhmədov və Ruhəngiz Əhmədova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xəbər xətti