Sumqayıtda gənc qadın əməliyyat zamanı ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verib.
Xəstəliklə bağlı oraya gətirilən 27 yaşlı Yusifova Məryəm Qabil qızı əməliyyata götürülüb. Əməliyyat zamanı o, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.