Sabirabadda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
Hadisə rayonun Polad Tuğay kəndində qeydə alınıb. Belə ki, həmin ərazidə iki avtomobil toqquşub.
Qəza nəticəsində Polad Tuğay kənd sakinləri, 1991-ci il təvəllüdlü Eyvazov Təbriz Rövşən oğlu, 1966-cı il təvəllüdlü Həziyeva Ofilə Bəxtiyar qızı və 1965-ci il təvəllüdlü Mustafayeva Pikəz Əlisa qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Həmin şəxslərə hadisə yerindəcə ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.///report