“Elə bildim ki, yanındakı uşağı vurmaq istəyir” - Keçmiş ər-arvadın öldüyü yerdən...

18:14 - 6 Aprel 2022 - HADİSƏ

Bakıda əvvəlcə keçmiş həyat yoldaşını daha sonra özünü qətlə yetirən 44 yaşlı Rasim Xəlilovun hadisəni hansı şəkildə törətdiyi məlum olub.

“Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedərək ərazidə olan şahidlərdən məlumat almağa çalışıblar.

Adının açıqlanmasını istəməyən şahidlərdən biri saytımıza bildirib ki, hadisəni 20-30 metr kənardan görüb: “Uşaqların məktəbdən çıxan vaxtı idi. Ətrafda valideynlər, uşaqlar var idi. İlk silah səsini eşidəndə dərhal həmin tərəfə baxdım. Gördüm ki, yerdə meyit var. Kişi birinci qadını vurub. Daha sonra gördüm ki, kişi silahı "zaryajat" edir. Elə bildim, yanındakı uşağı vurmaq istəyir. Amma gördüm ki, özünü çənəsindən vurub öldürdü. Səhv etmirəmsə, onların uşaqları idi. Qara rəngdə tüfəngdən bir az balaca silahla vurmuşdu".  

Qeyd edək ki, hadisə bu gün Sabunçu rayonunda, Xəlil bəy Xasməmmədov küçəsində baş verib. R.Xəlilov özündən 19 yaş kiçik keçmiş həyat yoldaşını “Vinçester” tipli silahla vurub. Daha sonra özünü qətlə yetirib.

Xəbər xətti