Türkiyə Ukraynaya 60 milyonluq hərbi texnika satıb

16:00 - 6 Aprel 2022 - DÜNYA

2022-ci ilin birinci rübündə Ukrayna Türkiyədən ötən ilə nisbətən təxminən 30 dəfə çox müdafiə təyinatlı məhsul alıb.

Lent.az-ın Ukrayna mediasına istinadla xəbərinə görə, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb.
Belə ki, Türkiyə Ukraynaya 2021-ci ilin birinci rübündə 1,9 milyon, 2022-ci ilin birinci rübündə isə 59,1 milyon dollarlıq müdafiə təyinatlı məmulat ixrac edib.

Qeyd olunur ki, Ukrayna son illərdə Türkiyənin “Baykar Makina” şirkətindən 20-dən çox “Bayraktar TB2” pilotsuz uçan aparat alıb. Yanvarın sonunda isə daha 16 pilotsuz təyyarə sifariş edib. Bu partiya martın əvvəlində Ukraynaya çatdırılıb.

Xəbər xətti