Xocavənddə avtomobil qaçıran 3 nəfər saxlanılıb

14:30 - 6 Aprel 2022 - HADİSƏ

Xocavənddə avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon Polis Şöbəsinə Böyük Tağlar kəndi ərazisindən “Hovo” markalı avtomobilin qaçırılması barədə məlumat  daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini E.Alıpaşayev, Sumqayıt şəhər sakini Z.Əsədullayev və Bakı şəhər sakini İ.Məmişov müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər xətti