Ötən gün Qara dəniz üzərindən Ukraynaya “Kalibr” tipli qanadlı raketlər buraxan Rusiya ordusu bu gün də Qara dəniz sahilindən Ukraynanı hədəfə alıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynada hərbi infrastruktur obyektlərinin Rusiya Silahlı Qüvvələri tərəfindən dəqiq idarə olunan raketlərlə vurulduğu bildirilib.
“Bastion” sahil müdafiə bölmələri Qara dəniz sahilindən Ukraynadakı hədəflərə qarşı 2 ədəd “Onyx” dəqiq idarə olunan raketi atıb.
Nzirlik hansı şəhərin vurulduğu açıqlanmayıb.