“Azərbaycan Dəmir Yolları”na məxsus qatar yanıb - FOTO
08:07 - 6 Aprel 2022 - HADİSƏ
Fövqəladə Hallar Nazirliyi Şəmkirdəki yanğınla bağlı məlumat yayıb
Nazirlikdən verilən məlumata görə, rayonunun Dəllər qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 30 vaqondan ibarət yük qatarının ümumi sahəsi 90 m² olan işçilərin istirahəti üçün nəzərdə tutulan 3 otaqlı vaqonunun 1 otağının üzlüyü və içərisindəki əşyalar 21 m² sahədə yanıb.
Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;