Şəmkirdə ev yanıb - ölən var

23:20 - 5 Aprel 2022 - HADİSƏ

Şəmkir rayonunda yanğın hadisəsi olub.

Hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 100 kvadratmetr olan, bir mərtəbəli ev içərisindəki əşyalarla birgə tamam yanıb.

Hadisə yerinə baxış zamanı yanmış qadın meyiti aşkarlanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.///report

Xəbər xətti