Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçirib.
Bu barədə Penitensiar Xidmətdən bildirilib. Xəbərə görə, xidmətinin əməliyyat aparatının DİN-in Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin əməkdaşları ilə əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 04.04.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobu park yaşayış kompleksində yerləşən tikiliyə baxış keçirilən zaman orada olan gül qabının içərisində gizlədilmiş ümumi çəkisi 500 qram narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.