Qadın atasının intihar etdiyi yerdə özünü öldürdü

12:30 - 5 Aprel 2022 - HADİSƏ

Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən Səlminaz Rüstəmovanın meyiti tapılıb.

Ucnoqta.az bildirir ki, bu barədə APA-ya onun yaxınları məlumat verib.
51 yaşlı S.Rüstəmovanın meyitini Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Şabran rayonu ərazisindən keçən yeni kanaldan aşkar edib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, S.Rüstəmova yanvarın 4-də özünü Samur-Abşeron kanalına ataraq intihar etmişdi.

Onun atası da uzun illər əvvəl özünü eyni kanala ataraq intihar edib

Xəbər xətti