Ukraynanın 267 dəniz piyadası Rusiya silahlı qüvvələrinə təslim olub.
Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Bu gün 503-cü alaydan olan 267 dəniz piyadası Mariupolda Rusiya ordusuna təslim olub. Bu, olduqca düzgün və düşünülmüş seçimdir”, - deyə o bildirib.