Almaniya 40 rus diplomatı arzuolunmaz şəxs elan edib

21:54 - 4 Aprel 2022 - DÜNYA

Almaniya 40 rus diplomatı arzuolunmaz şəxs (persona non-qrata) elan edib.

APA-nın “Ria Novosti“yə istinadla xəbərinə görə, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok elan edib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rus diplomatların geri göndərilməsinə görə cavab tədbirləri görüləcəyini bildirib.

Xəbər xətti