Ərdoğan Kılıçdaroğluna qarşı 1 milyonluq iddia qaldırdı

15:48 - 4 Aprel 2022 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Bu barədə məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Kılıçdaroğlunun Türkiyə Böyük Millət Məclisində çıxışı və sosial media hesabında etdiyi paylaşımlarda onun şəxsi hüquqlarını pozduğu üçün siyasətçiyə qarşı 1 milyon lirə (təqribən 68 min dollar) həcmində mənəvi təzminat iddiası qaldırıb.

Xəbər xətti