Qazaxıstan taxıl və un ixracını məhdudlaşdırır

14:04 - 4 Aprel 2022 - İQTİSADİYYAT

Qazaxıstan daxili bazarı qorumaq üçün taxıl və unun ixracına müvəqqəti məhdudiyyətlərin tətbiqi məsələsini nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Yerbol Karaşukeyev bildirib.

“Rusiya taxıl ixracına qadağa qoyub, biz vəziyyəti bilirik və onu nəzarətdə saxlayırıq. Daxili bazar üçün kifayət qədər ehtiyatımız var, ixracatçılar daxili bazara satmaq istəmir, ixrac qiymətinin qalxmasını gözləyirlər”, - nazir deyib.

Xəbər xətti