Hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib

12:18 - 4 Aprel 2022 - HADİSƏ

Xəzər dəniz akvatoriyasında hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.

ASCO-dan verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün.

Qeyd olunur ki, gəmilər təhlükəsiz sığınacaqlara getməsi təmin edilməlib.

Xəbər xətti