Naxçıvanda avtomobil piyadanı vuraraq öldürüb

12:04 - 4 Aprel 2022 - HADİSƏ

Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, aprelin 2-də saat 11 radələrində Culfa şəhəri ərazisində şəhər sakini Z.Səmədov idarə etdiyi “NazLifan LF” markalı avtomobillə yolu keçən həmyerlisi Hüseyn Fərəcovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Culfa RPİ-də araşdırma aparılır.

Xəbər xətti