Almaniya hakimiyyəti rus kəşfiyyatına işləyə biləcəyi iddia edilən Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarmaq niyyətindədir.
Bu barədə “Bild” qəzeti yazıb.
Nəşrin məlumatına görə, kansler Olaf Şolts hələlik məsələni araşdırmaq tapşırığı verib:
“Söhbət çoxlu sayda rus diplomatından gedir. 100-ə yaxın diplomat Almaniyadan çıxarıla bilər”.
Qeyd edək ki, bir müddət öncə “Bild” Almaniyada Rusiya kəşfiyyatına işləyən 2 mindən çox şəxsin olduğunu yazmışdı.///axar.az