Tovuz sakini qəlpə yarası alıb, vəziyyəti ağırdır

13:47 - 3 Aprel 2022 - HADİSƏ

Tovuzda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Sabir küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Məhərrəmov Yusif bədənin müxtəlif nahiyələrin qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib, xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Yusif Məhərrəmov balıq tutmaq üçün kustar üsulla hazırlanmış partlayıcının partlaması nəticəsində ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

 

Xəbər xətti