Mingəçevirdə aşan avtomobildə 2 nəfər xəsarət alıb

23:35 - 2 Aprel 2022 - HADİSƏ

Mingəçevir şəhərində minik avtomobili idarəetmədən çıxaraq aşıb. 

Hadisə Çimərlik adlanan əraziyə gedən yolda baş verib.
Hərəkətdə olan "Hunday" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində, 2000-ci təvəllüdlü Ələsgərov Səbuhi Elçin oğlu, 2004-cü il təvəllüdlü Ələsgərov Nihad Fazil oğlu və 2003-cü il təvəllüdlü Səfərova Səidə Arzu qızı müxtəlif bədən xəsarətləri alıb.

Hər üç yaralı şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. N.Ələsgərovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma başladılıb.///apa

Xəbər xətti