Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyara sosial şəbəkədə yazıb.
"İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib", - Malyar feysbuk səhifəsində bildirib.