Bakıda 29 yaşlı gənci avtomobil vurub

08:44 - 2 Aprel 2022 - HADİSƏ

Bakıda 29 yaşlı gənci avtomobil vurub.

Hadisə Xəzər rayonunda qeydə alınıb. Şağan-Türkan yolunda 1993-cü il təvəllüdlü Mustafayev Səxavət Rasim oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.///report

Xəbər xətti