Bakının Binəqədi rayonunda bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə “DSK” yolu kimi tanınan ərazidə yerləşən “Yubiley” kafesində qeydə alınıb.1981-ci il təvəllüdlü Alıyev Vüsal Xasay oğlu dostu ilə kafedə yeyib-içərkən aralarında mübahisə yaranıb.
Daha sonra mübahisə davaya çevrilib. Bu zaman V.Alıyev qarın nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.