Ağdamda kişi arxda boğularaq ölüb

21:52 - 1 Aprel 2022 - HADİSƏ

Ağdamda 54 yaşlı kişi arxda boğularaq ölüb.

APA-nın xəbərinə görə, hadisə rayonun Rzalar kəndində baş verib.

Kənd sakini Rzayev Əlyəddin İsa oğlu yaşadığı evin yaxınlığındakı əkin sahələrinin suvarılmasında istifadə olunan arxa yıxılıb.

Nəticədə köməksiz vəziyyətdə qalan Ə.Rzayev boğularaq ölüb.

Yaxınlarının verdiyi məlumata görə, o, fiziki qüsurlu olub.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti