Goranboyda qəza olub, xəsarət alan var

19:52 - 1 Aprel 2022 - HADİSƏ

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21099" markalı minik maşını ilə "QAZEL markalı yük maşını toqquşub.

Qəza zamanı 1983-cü il təvəllüdlü Məhəmməd Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır

 

 

Xəbər xətti