Ukrayna hərbçiləri ilk dəfə Rusiyanın "Mi-28" helikopterini vurub

17:24 - 1 Aprel 2022 - DÜNYA

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində Rusiyaya məxsus “Mi-28” helikopterini vurublar. “Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, Ukraynanın şərqində hava məkanında Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-28” və “Ka-52” helikopterinin uçuşu zamanı zenit raket qurğusu onlardan birini vurub. Vurğulanıb ki, indiydək Ukrayna hərbçiləri iki “Ka-52” vurub, “Mi-28"i isə ilk dəfədir məhv edilər.

Xəbər xətti