Hərəkətdə olan traktorun təkəri çıxıb, xəsarət alan var

16:28 - 1 Aprel 2022 - HADİSƏ

Bakı-Sumqayıt yolunda traktor qəzaya uğrayıb.

Hadisə Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb. Hərəkətdə olan traktorda texniki nasazlıq yaranıb. Belə ki, traktorun təkərinin çıxması nəticəsində sürücü ağır xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza ilə bağlı yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşları tərəfindən sıxlıq aradan qaldırılıb.///apa

Xəbər xətti