Lənkəranda intihar etmək istəyən şəxs xilas edildi

16:38 - 1 Aprel 2022 - HADİSƏ

Lənkəranda intihara cəhd olub.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində intihara təşəbbüs edən şəxsin xilas olunması üçün müraciət daxil olub. FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilərin çevik və peşəkar müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti