Bakıda yeni doğulmuş körpənin meyitini küçəyə atdılar

15:32 - 1 Aprel 2022 - HADİSƏ

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.

Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur.

Körpənin kimin tərəfindən küçəyə atıldığı hələlik bilinmir. 

Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti