Hövsanda avtomobil piyadanı vuraraq öldürdü

14:05 - 1 Aprel 2022 - HADİSƏ

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, martın 31-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qəsəbə sakini A.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Etibar Sadıqovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ-də araşdırma aparılır.

Xəbər xətti