Şamaxıda 42 yaşlı kişi özünü asdı

10:28 - 1 Aprel 2022 - HADİSƏ

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu gün səhər saatlarında rayonun Məlikçobanlı kənd sakini, 1980-ci il təvəllüdlü Seyidov Cəsur Qoca oğlu yaşadığı evdə özünü kəndirlə asıb.

Ailə üzvləri hadisədən gec xəbər tutduqları üçün onun həyatını xilas edə bilməyiblər. C.Seyidovun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

Xəbər xətti