Bakıda qadını motosiklet vurub
05:37 - 1 Aprel 2022 - HADİSƏ
Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, qəza Maştağa qəsəbəsində qeydə alınıb.1994-cü il təvəllüdlü Məmmədova Aytən Rafiq qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu motosiklet vurub. Qadın və motosiklet sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdiriıib. Piyadanın vəziyyəti orta ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.